Metrodan çıxan kimi döyüb xəstəxanalıq etdilər

Metrodan çıxan kimi döyüb xəstəxanalıq etdilər
10:47 10 Noyabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda metro stansiyasından çölə çıxan şəxs döyülərək ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Eyvazov Rüstəm Göyüş oğlu metrodan çıxarkən iki nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Onu küt alətlə döyərək cibindəki 1100 manat pulu aparıblar. Ağır xəsarət alan R.Eyvazov xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR