ABŞ çalxalanır: Trampa qarşı etirazlar artır - FOTO

ABŞ çalxalanır: Trampa qarşı etirazlar artır - FOTO
10:52 10 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsinə etiraz edənlərin aksiyaları səngimək bilmir.

Milli.Az ABC-yə istinadən bildirir ki, Vaşinqtonda 500 nəfər Ağ Ev və Kapitoli arasındakı "Trump International" otelinin qarısına yığışıblar.

Onlar "Tramp mənim prezidentim deyil!", "Trampsız, Ku-Kluks-Klansız və faşistlərsiz ABŞ!" qışqırırlar.

Nyu-Yorkda 5 minə yaxın amerikalı "Trump Tower" qarşısında etiraz aksiyası keçiriblər.

Boston, Sietl, Çikaqo, Fladelfiya, Portlend, Oreqon, Ostin şəhərlərində Trampın əleyhdərları ilə tərəfdarları arasında toqquşmalar olub.

D.Trampın prezident seçilməsinə etiraz edənlər bu gün Los-Anceles, San-Fransisko və Oklenddə etiraz yürüşləri ilə mitinqlər keçirəcəklər.

Müxtəlif şəhərlərdə D.Trampın müqəvvaları yandırılıb.

Aksiya iştirakçıları bildiriblər ki, gələn ilin yanvarın 20-də, Donald Trampın prezident postunda inauqurasiya mərasimində kütləvi aksiyalar, iğtişaşlar təşkil edəcəklər.

Sietldə aksiya zamanı atışma olub, 4 nəfər yaralanıb.

Kaliforniya və Oreqon şəhərlərində isə küçələrə çıxan Tramp əleyhdarları dükanların vitrinlərini sındırıblar, zibil qablarını yandırıblar. Aksiyalara hətta məktəblilər də qoşulub.

Milli.Az















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR