Fransa səfirliyinə qumbara atdılar

Fransa səfirliyinə qumbara atdılar
11:12 10 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Yunanıstandakı səfirliyinə qumbara atılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, səfirliyin binası ölkə paytaxtı Afinanın mərkəzində, parlamentin binası ilə üzbəüzdə, Prezident Qvardiyası kazarmasının yaxınlığında yerləşir.

Məlumata görə, motosikletlə hərəkət edən iki kişi səfirliyin yaxınlığından keçərkən əllərindəki qumbaranı diplomatik nümayəndəlik istiqamətində tullayıblar. Qumbara səfirliyin girişində partlayıb və nəticədə orada olan polis yüngül yaralanıb.

Hadisəni törədənlər gizləniblər.
Partlayışla bağlı polis axtarış-əməliyyat tərbirləri həyata keçirir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR