Ukraynalı diversantlar qrupu tutuldu

Ukraynalı diversantlar qrupu tutuldu
11:17 10 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Sevastopol şəhərində Ukraynanın Müdafiə Nazirliyinin diversiya-terrorçu qrupu zərərsizləşdirilib. Bu qrup Krımdakı hərbi obyektlərə hücumlar hazırlayırdı.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti belə bəyanat yayıb. Bəyanatda bildirilir ki, qrup üzvlərində böyük dağıdıcı gücə malik partladıcı qurğular, silah, sursat, xüsusi rabitə vasitələri, habelə hücum ediləcək obyektlərin xəritə-sxemləri aşkarlanıb.

Operativ-axtarış tədbirləri davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR