Tağı Əhmədov "44 ilə qazandığı" 3 milyonu Çovdarovdan geri istəyir

Tağı Əhmədov "44 ilə qazandığı" 3 milyonu Çovdarovdan geri istəyir
11:27 10 Noyabr 2016
247 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, T.Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.

Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.

İddia ərizəsi məhkəməyə daxil olub.

Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR