Trampın sözçüsündən Fətullah Gülən AÇIQLAMASI

Trampın sözçüsündən Fətullah Gülən AÇIQLAMASI
11:42 10 Noyabr 2016
187 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş sözcüsü, təqaüdçü general-leytenant Maykl Flaynn siyasi analiz saytı "The Hill" üçün qələmə aldığı yazısında Türkiyə ilə əlaqədar qiymətləndirmələr aparıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Trampın təyin edəcəyi yeni dövlət adamları sırasında ismi Müdafiə Nazirliyi üçün çəkilən Flaynn "The Hill" üçün "Müttəfiqimiz Türkiyə böhran içində və dəstəyimizə ehtiyacı var" başlıqlı yazısında Türkiyəylə bağlı maraqlı məqamlara toxunub.

"Vaşinqton, Türkiyənin Usamə Bin Ladeninə sığınacaq olur"

Yazısında ABŞ-ın, FETÖ rəhbəri Fətullah Gülənə sığınacaq verməməsini işarə edən Flaynn "Pensilvanyaya rahatca köçərək bu maskalı terror və qeyri-sabitlik mənbəyi tərəfindən Vaşinqtonun NATO müttəfiqi Türkiyəyə mane olmaq məntiqsizdir. Vaşinqton Türkiyənin Usamə bin Ladeninə sığınacaq yeri olub. 11 sentyabrdan sonra Usamə bin Ladenin Türkiyədə gözəl bir kənddə yaşadığını və eyni anda da türk vergi ödəyicilərinin vergiləri ilə maliyyələşən 160 məktəbin rəhbəri olduğunu öyrənsəydik, nə edərdik?" şərhini edib.

FETÖ-nün ABŞ-dakı məktəblərinə da toxunan Flaynn "Amerika vergi ödəyiciləri, Gülənin ABŞ-dakı 160 məktəbinin maliyyələşməsinə kömək edir. Bu məktəblərlə əlaqədar bir çox iddia var" qeydini edib.

Yeni prezidentin Gülən mövzusunda Obama dövründən fərqli bir yol cızacağı ehtimalına diqqəti çəkən Flaynn Gülənin özünü "mülayim" olaraq göstərdiyini, ancaq əsl üzünün göründüyündən fərqli olduğunu ifadə edib.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR