Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Azərbaycan millisinin rəqibləri müəyyənləşib
23:12 5 Yanvar 2015
223 İdman
Ölkə mətbuatı
A- A+

Futbol FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, mübarizə apardığı F qrupunda birinci yeri tutan futbolçularımız növbəti oyunlarını D və E qrupunun qalibləri - müvafiq olaraq, Sankt-Peterburq komandası və Cənubi Koreya yığmasına qarşı keçirəcək.

İkinci qrup mərhələsinin H qrupunun Sankt-Peterburq - Azərbaycan oyunu yanvarın 7-də, Azərbaycan - Cənubi Koreya qarşılaşması isə ertəsi gün - yanvarın 8-də, Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunacaq. Hər iki oyun yerli vaxtla saat 16.30-da (Bakı vaxtı ilə saat 17.30) başlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR