Dollar ucuzlaşmaqda davam edir

Dollar ucuzlaşmaqda davam edir
12:12 10 Noyabr 2016
694 Dünya
Ölkə mətbuatı
A- A+

Bugünkü ticarət sessiyasında dolların indeksi zəifləməkdədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, treyderlər dünya birjalarında baş verən 24 saatlıq təlatümdən sonra stabillik axtarışındadırlar. Yeri gəlmişkən, sutkalıq təlatüm riskli aktivlərin kütləvi satışı ilə müşahidə olunub. Səbəb isə aydındır - Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması.

Dolların Yaponiya yeninə qarşı məzənnəsi 0,35% zəifləyərək 105,28 yenə çatıb. Sessiya ərzində bu göstərici 104,99 səviyyəsinədək enib. Ötən gün isə ABŞ-ın milli valyutası hətta 101,19 yenədək ucuzlaşıb. D. Trampın qələbəsi təhlükəsiz aktiv sayılan Yaponiya yenini daha cazibədar edib.
 
ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2,064%-dən 1,995%-dək enib.
 
Ötən gün sentyabr ayının 8-də qeydə alınan maksimumu yeniləyərək 1,1299 səviyyəsində qərarlaşan avro ardınca 1,0902 dollaradək geriləyib. Bugünkü ticarət sessiyasında Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,0942 dollara çatıb.
 
Dolların indeksi 0,09% zəifləyərək 98,42 səviyyəsində qərarlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR