Trampın ilk planları açıqlandı - SİYAHI

Trampın ilk planları açıqlandı - SİYAHI
12:13 10 Noyabr 2016
352 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin qalibi olan Donald Trampın ilk aylarla bağlı planları məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Trampın köməkçiləri onun prezidentliyinin ilk aylarında həyata keçiriləcək planlara həsr edilmiş “greatagain.gov” saytını (Trampın seçki kampaniyasının şüarı olan “Make America Great Again” – (“Amerikanı yenidən böyük edək”) ifadəsindən götürülüb) hazırlayıb.

Altı il əvvəl maliyyə islahatları çərçivəsində qəbul edilən Dodda-Frenk qanununun icrasının dayandırılması, Meksika ilə sərhəddə divarın tikilməsi, immiqrasiyaya nəzarət üzrə tədbirlərin həyata keçirilməsi, Barak Obama administrasiyası tərəfindən həyata keçirilən səhiyyə islahatının ləğvi, ABŞ-da iş yerlərinin müdafiəsi məqsədi ilə xarici ticarət sahəsində razılaşmalara yenidən baxılması yeni prezidentin komandası tərəfindən baxılacaq ilk məsələlərdir.

Bundan başqa, yeni administrasiyanın planları arasında, enerji resurslarının hasilatına məhdudiyyətlərin aradan qaldırılması, “Keystone XL” (Kanadadan ABŞ-a çəkilməsi nəzərdə tutulan neft kəməri. Barak Obama ölkənin maraqlarına zidd olduğunu bildirərək kəməri tikilməsindən imtina edib –red.) və iqlim dəyişikliyi üzrə BMT proqramlarına ödəmələrin ləğvi var.

Həmçinin saytda federal idarələrdəki postlara namizədlərin seçilməsinin qaydaları haqqında danışılır. Yeni prezident bu postlara 4000 mindən çox şəxsi təyin edəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR