Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub

Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub
12:22 10 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noaybr. REPORT.AZ/ Ağdam rayonunda piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. "Report"un məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Bəhrəm Hüseynovu avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü Fəxri Əliyev tutulub.
Qeyd edək ki, hadisə noyabrın 8-də rayonun Xındırıstan qəsəbəsinin ərazsində baş verib. B.Hüseynov naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində olub. Piyadanın ölümünə səbəb olan sürücü F.Əliyev hadisə yerindən qaçmışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdamda-piyadanin-olumune-sebeb-olan-surucu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR