Bolqar səyahətçinin adı "qara siyahı"sından çıxarıldı

Bolqar səyahətçinin adı "qara siyahı"sından çıxarıldı
12:23 10 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bolqarıstan vətəndaşı, “Besttechnia TM-Rodimo PAD” şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktubunda V.Dreharski Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, V.Dreharski Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. V.Dreharski həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

V.Dreharskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR