Tramp prezident seçilən kimi onun 5 milyardını “əlindən aldı”

Tramp prezident seçilən kimi onun 5 milyardını “əlindən aldı”
12:33 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

3 il əvvəl dünyanın ən varlı şəxsi olan Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib.

Publika.az "Bloomberg" ə istinadən xəbər verir ki, Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra meksikalı mediamaqnatın sərvəti 9,2% azalıb.

Seçkilərin nəticəsi elan olunduqda artıq K.Slimin sərvəti 41 mlrd. dollar təşkil edib. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı bundan sonra 8-ci pilləyə geriləyib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/175403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR