Göyçay sakini həmkəndlisini avtomobillə vuraraq öldürüb

Göyçay sakini həmkəndlisini avtomobillə vuraraq öldürüb
12:37 10 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay. 10 noyabr. REPORT.AZ/ Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini Zahid Əzizov idarə etdiyi  "VAZ-21074" markalı avtomobillə yolu keçən həmkəndlisi Güləhməd Cavadovu vurub. Nəticədə  ağır bədən xəsarətləri alan G.Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq-çıxığı diaqnozu qoyulub: "Həkimlərin müdaxilələrinə baxmayarq onun həyatını xilas etmək mümkün olmayıb".
Göyçay Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goycay-sakini-hemkendlisini-avtomobille-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR