Millət vəkili vitse-prezident təyin olundu

Millət vəkili vitse-prezident təyin olundu
12:39 10 Noyabr 2016
110 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti  Rəşad Quliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Elman Nəsirov  DAA – nın beynəlxalq məsələlər üzrə vitse-prezidenti təyin olunub.

Lent.az-ın məlumatına görə, Nəsirov Göyçay - Ağdaş dairəsindən millət vəkilidir. O, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr, insan hüquqları komitələrinin üzvü, habelə AI-Azərbaycan parlamentlərarası əməkdaşlıq  komitəsinin  və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

 

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb.  Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR