Azərbaycan-İran əczaçılıq zavodunun təməli qoyulacaq

Azərbaycan-İran əczaçılıq zavodunun təməli qoyulacaq
12:57 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ "İki həftədən sonra Bakıda Azərbaycan-İran əczaçılıq zavodunun təməlqoyma mərasimi keçiriləcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlama verən İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bildirib. 
Səfir həmçinin qeyd edib ki, yaxın zamanlarda Azərbaycanda müştərək xəstəxananın tikintisinə də başlanılacaq: "İki ölkə arasında bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsi zaman tələb edir. Biz Ümid edirik ki, birgə həyata keçirilən layihələr iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-i-ran-eczaciliq-zavodunun-temeli-qoyulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR