Fransa prezidentindən Trampa "BUZ KİMİ" TƏBRİK

Fransa prezidentindən Trampa "BUZ KİMİ" TƏBRİK
12:57 10 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra Donald Trampı təbrik etməkdə ən çox çətinlik çəkən lider Fransa prezidenti Fransua Olland olub.

Milli.Az sözcü-yə istinadən bildirir ki, Hillari Klintonun qalib gələcəyinə şübhə yeri qalmayan və Donald Trampa qarşı "bayağı bir şəxs" ifadəsini işlədən Fransa prezidenti Fransua Olland yeni prezidenti təbrik etməkdə əməlli-başlı əziyyət çəkməli olub.

Ənənəvi olaraq seçkilərdən əvvəl ikitərəfli təbrik hazırlamayacaq qədər Klintonun qələbəsinə əmin olan Yelisey sarayının nümayəndələri Ollandın masasına yalnız Klintonun zəfəri ilə bağlı təbrik məktubu qoyublar. Ancaq səhər saatlarında Trampın qalib gəldiyi dəqiqləşincə Yelisey Sarayından gözlənilən təbrik gəlməyib.

"Amerikanın Səsi"nin xəbərinə görə, nəticələr açıqlandıqdan saatlar sonra kameralar qarşısına keçərək ABŞ-da baş verənləri şərh edən Olland "Amerika xalqı Trampı seçdi. Dövlət adamının vəzifəsi olaraq, Trampı təbrik edirəm" deyib.

Ollandın təbrik səsləndirən zaman nitqindəki soyuqluq diqqət çəkib.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR