TRT1-in Bakıda yayımı bərpa olunacaq

TRT1-in Bakıda yayımı bərpa olunacaq
13:05 10 Noyabr 2016
1373 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı və Abşeron yarmadasında rəqəmsal yayıma keçiddən sonra yayımı dayandırılan TRT1-in bərpası üçün işlər görülür.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a "Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən deyilib. Qeyd edilib ki, hazırda yayımın bərpası üçün müvafiq texniki işlər aparılır. 

"Yayımın əhatə dairəsi, xidmət, qulluq və s. üçün müqavilə üzərində iş gedir. Biz TRT 1-in Azərbaycanda yayımlanması üçün 10 illik müqavilə imzalamışıq. Bu, uzun dövrü əhatə edən müqavilədir və rəqəmsal paketə daxil edilməsi üçün gərək xırda detallara qədər üzərində işlənilsin. Ona görə yayımın bərpası bir qədər vaxt çəkəcək. Amma çalışacayıq ki, TRT1-in yayımını qısa zamanda yenidən bərpa edək".

Qeyd edək ki, noyabrın 1-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR