Əli Həsənov: "Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir"

Əli Həsənov: "Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir"
13:12 10 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib: "Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampi özlərinə növbəti - 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev də təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR