Azərbaycan gömrükçüləri ölkədən qanunsuz yolla valyuta çıxarılmasının qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkədən qanunsuz yolla valyuta çıxarılmasının qarşısını alıb
13:12 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, Bakı-Tbilisi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğuna görə, o, saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20 min dollar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-gomrukculeri-olkeden-qanunsuz-yolla-valyuta-cixarilmasinin-qarsisini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR