MSK-nın iclası keçirildi

MSK-nın iclası keçirildi
23:14 5 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlər baxılıb.

 

Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərə operativ şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

 

Komissiya üzvlərinin müzakirəsindən sonra 70 saylı Masallı şəhər seçki dairəsi üzrə Musakücə bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.

 

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR