Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən qadın tutulub.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, Bakı BPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakinləri Aytac Abbasovanın və Nizyan Cəbiyevanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Renault" markalı avtomobilin sürücüsü - paytaxt sakini Elvira Banlıyeva saxlanılıb.
Araşdırma aparılır.
Milli.Az