"Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir" - Əli Həsənov

"Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir" - Əli Həsənov
13:24 10 Noyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir".
 
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. 
 
 
Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: "Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki,  Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR