"Bu klipə 300 manat xərcləndi" - Namiq

"Bu klipə 300 manat xərcləndi" -  Namiq
13:26 10 Noyabr 2016
104 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu "Rəvayət" klipinin büdxəsini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı ARB TV-nin "Gəlin danışaq" verilişində bildirib ki, ekran işinə 300 manata yaxın pul xərcləyib:

"Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu bir bariyer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik.

Meyxanaya yeni gələndə çox problemlər yaşadım. Paxıllığımı çox çəkirdilər, yolumu kəsmək istəyirdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, biz gəlmirik. Çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR