"Bu sevgidən məhrum olmuşam" - Könül+fotolar

"Bu sevgidən məhrum olmuşam" -  Könül+fotolar
13:51 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Əvvəllər alış-verişə çox pul xərcləyirdim. Ana olandan sonra bu sevgidən məhrum olmuşam”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Könül Muxtarova deyib.

O, alış-veriş sevgisindən bəhs edib:

“İndi mağazalara gedirəm, qayıdanda baxıram ki, birini özümə, beş torba isə qızım İnciyə almışam. Artıq özümə nəsə almağa qıymıram. Bahalı hədiyyə alacağım, alış-verişə pul xərcləyəcəyim adam İncidir. Bəyəndiyim nəsə varsa, qiymətinin mənim üçün önəmi yoxdur”.
 
K.Muxtarova gününün yarıdan çoxunu gözəllik salonunda keçirdiyini söyləyib:

“Salona getmədiyim gün yoxdur. Evdəkilərdən çox salondakı işçiləri görürəm. İşimlə bağlı hər gün saç düzümü, makiyaj etdirirəm".



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR