Türkiyənin Mardin vilayətinin Derik mahalında Baş məmurluq binası yaxınlığında partlayış törədilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yaralılar var.
Yaralılar arasında Derik baş məmuru Fatih Safitürkün olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım qrupları və xilasedicilər cəlb edilib.
Ömər Dağlı