"Azərbaycana qol vursaq, ikiqat əla olar"

"Azərbaycana qol vursaq, ikiqat əla olar"
14:12 10 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanla oyunu qrupun həlledici yox, vacib görüşü sayıram. Əsas odur ki, üç xal qazanıb qrupda ikinci yerə yüksələk. Bu, fantastik nəticə olar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisininin hücumçusu Coş Madjennis DÇ-2018-in seçmə mərhələsində sabah millimizə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

O, Azərbaycanın qrupda hələ qol buraxmamasına da toxunaraq deyib: "Əgər qol vursaq, ikiqat əla olar. Biz çalışacağıq özümüzün ən yaxşı oyunumuzu göstərib istədiyimiz nəticəni qazanaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR