Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni iri kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni iri kredit cəlb edib
14:17 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 200 mln. ABŞ dollardan çox sindikatlaşdırılmış kreditin cəlb olunmasını uğurla başa çatdırıb. "Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında deyilir.
Məlumatda bildirilib ki, saziş üzrə ilkin təşkilatçılar "Citibank", "Credit Suisse A.G. London Branch" (“Credit Suisse”), "Emirates NBD Capital Ltd." (“ENBD”) və "J.P. Morgan" banklarıdır. "Citibank Europe Plc." bu əqdin koordinatoru və agenti, "J.P.Morgan" isə buraxılış agenti kimi çıxış edib.
Sazişə 12 maliyyə qurumu qoşulub. Bazara 150 mln. dollar həcmində sindikasiya krediti üçün tələb göndərilsə də, bazar iştirakçılarının bu cəlbetməyə marağı 200 mln. dolları keçib. Bu da ABB-nin rəhbərliyindəki dəyişikliklərdən sonra Bankın beynəlxalq maliyyə bazarlarına güclü dönüşü kimi xarakterizə olunur. Belə ki, bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlb etdiyi ilk sindikasiya kreditidir.
Kredit sazişi birillik müddətə razılaşdırılıb. Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün Azərbaycandakı ümumi bank aktivlərinin 37,9%-i, müştəri kreditlərinin 32,5%-i, məcmu bank əmanətlərinin isə 26,5%-dən çoxu məhz ABB-yə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-xaricden-yeni-iri-kredit-celb-edib1111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR