Azərbaycanlı futbolçu Latviyada 41-ci qolunu vurdu

Azərbaycanlı futbolçu Latviyada 41-ci qolunu vurdu
14:47 10 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Latviya çempionatının güclülər dəstəsinə vəsiqə uğrunda ilk "pley-off" oyunu keçirilib. Fanat.Az xəbər verir ki, elitaya ikinci vəsiqə uğrunda bu mövsüm 8 komanda arasında 7-ci yeri tutaraq aşağı diviziona düşmək təhlükəli ilə üzləşən "Metta" və aşağı liqanın gümüş medalçısı "Olayne" qarşılaşıb.

Vüqar Əsgərovla Orxan Həsənəliyevin çıxış etdiyi aşağı liqa klubu evdə "sülh"ə nail olub - 1:1. Hesabı 52-ci dəqiqədə qonaqlar açıb. 85-ci dəqiqədə isə Vüqar Əsgərov bərabərliyi təmin edib. Orxan isə ehtiyatda qalıb. 

Bu mövsüm birinci divizionda 40 qolla "Olayne"nin ən məhsuldar futbolçusuna çevrilən millimizin sabiq forvardı 41-ci qolunu vurub.

Tərəflər arasında cavab qarşılaşması noyabrın 13-də keçiriləcək. "Olayne" həmin qarşılaşmada müsbət nəticə qazana bilsə, növbəti mövsümdən elitada çıxış edəcək.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-latviyada-41-ci-qolunu-vurdu-t54037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR