“BP-Azerbaijan”: İtkin düşən şəxslə bağlı cavab tədbirləri davam edir

“BP-Azerbaijan”: İtkin düşən şəxslə bağlı cavab tədbirləri davam edir
14:52 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 8-də səhər saatlarında itkin düşən “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının işçisinin axtarışı istiqamətində cavab tədbirləri davam edir.
Bu barədə “Report”a “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
“Biz hökumət qurumları, müvafiq hüquq-mühafizə orqanları və itmiş şəxsin işçisi olduğu qazma podratçısı şirkəti ilə sıx işləməkdə davam edirik”, - deyə T.Bayatlı əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-azerbaijan-i-tkin-dusen-sexsle-bagli-cavab-tedbirleri-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR