Elza efirdə 21 yaşlı qızı biabır etdi: "Taqqanaq" - video

Elza efirdə 21 yaşlı qızı biabır etdi: "Taqqanaq" -  video
14:56 10 Noyabr 2016
477 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan “10-dan sonra” verilişində hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, müğənni proqrama gələn Aysel adlı qızın arıq olmasını ələ salıb.

E.Seyidcahan qızın ünvanına təhqirlər səsləndirib:

“İçəri girəndə salam da vermədi. Belə adamla heç danışmamalıydıq. Siz deyirsiz ki, bu qız nərmənazikdir. Bunlar o qədər içlərini yeyirlər ki, çöpə dönürlər. 21 yaşlı qız necə olmalıdır ki? Kök qızlar ürəyi təmizlikdən yeyir, verirlər ətə. Bir də var Aysel kimi qızlar, o qədər içlərini yeyirlər ki, günü-gündən quruyurlar. Belələrinə deyirlər “taqqanaq”. Kökəlməyə həsrət olurlar, iynə vurdururlar. Buna həqiqəti deməliyik ki, başa düşsün".

“Mənim üçün kənardakıların fikrinin heç bir əhəmiyyəti yoxdur” deyən Aysel, göz yaşlarını saxlaya bilməyib.

E.Seyidcahan daha sonra qıza hansı ildən olduğunu soruşub. Ayselin “xoruz” ilindən olduğunu eşidən müğənni “Bir az xoruzlanırsan, amma yaxşı qızsan” deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR