Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirilib
14:57 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/  AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirilib.
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı vurğulayıb ki, Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan sərgi Azərbaycan ənənəvi qadın geyim bəzəklərinə həsr olunub: "Sərgidə 200-dən artıq eksponat nümayış olunur: baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər. Nümayiş olunan eksponatların bir qismi e.ə.XIII - b.e.VII əsrləri aiddir, əksər eksponatlar XVIII-XX əsrin əvvəllərinə aiddir. Həmçinin burada 20 maneken üzərində XIX əsr tam qadın geyimlər nümayiş olunur".
O qeyd edib ki, sərginin unikal eksponatlarından bəziləri XIX əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla bağlıdır: "Belə ki, burada ona məxsus olan geyim və ayaqqabılar da tamaşıçılara təqdim edilir. Əksər eksponatlar ilk dəfədir nümayiş olunur. Sərginin keçirilməsində məqsəd ulularımızın yaratdığı maddi dəyərləri düzgün təbliğ etmək, unudulmaq və yad əllərə düşmək təhlükəsindən xilas etmək üçün gənc nəslə, xarici tədqiqatçılara sağlam şəkildə çatdırmaqdır".
Sonra Nailə xanım sözü muzeyin Etnoqrafiya Fondunun müdiri, “Qadın geyim bəzəkləri” albom-kataloqunun tərtibatçısı Gülzadə Abdulovaya verib. Gülzadə xanım Nailə Vəlixanlının rəhbərliyi və redaktorluğu ilə ərsəyə gələn adı çəkilən albom-kataloq haqqında məlumat verib. Qonaqlardan çıxış edən AMEA müxbir üzvü N.Axundova, sərgidə əməyi keçən işçi qrupuna və muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonda muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin dizaynı və təşkilatçısı Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədova, həmçinin tərtibat işlərində fərdi kolleksionerlər Ruslan Hüseynov və Fuad Cəbrayılova xüsusi təşəkkürünü bildirməklə, qonaqları sərgi ilə əyani tanışlığa dəvət etdi. 
Sərgi 2017-ci ilin fevral ayının 1-nə kimi davam edəcək.





Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/milli-azerbaycan-tarixi-muzeyinde-qadin-geyim-bezekleri-sergisinin-acilis-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR