Futbolçu qapıçı ilə toqquşdu, yaddaşını itirdi

Futbolçu qapıçı ilə toqquşdu, yaddaşını itirdi
15:05 10 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya yığmasının futbolçusu Vinsent Yanssen bədbəxt hadisə ilə üzləşib. 

Milli.Az report-a istinadən xəbər verir ki, Belçika ilə keçirilən yoldaşlıq görüşü zamanı futbolçu ağır xəsarət alıb.

Matçın 26-cı dəqiqəsində rəqib qapıçı Simon Minyole ilə toqquşan hücumçu yerdə hərəkətsiz vəziyyətdə qalıb. Həkimlər futbolçunu meydandan çıxararaq tibbi yardım göstərib.

Hollandiya yığmasının baş məşqçisi Danni Blind "Mirror"a açıqlamasında futbolçunun toqquşma nəticəsində yaddaşını itirdiyini bildirib: "Həkimlər mənə dedi ki, onun sinirləri zədələnib və təxminən 20 dəqiqə yaddaşını itirib. O, hətta meydanda nəyin baş verdiyini də xatırlamayıb. Bu cür məqamlarda ehtiyatlı olmaq lazımdır".

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR