Trampın qələbəsi onlara 41 milyard dollar ziyan vurdu

Trampın qələbəsi onlara 41 milyard dollar ziyan vurdu
15:08 10 Noyabr 2016
204 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın varlı adamları ABŞ-da keçirilən prezident seçkisində milyarder Donald Trampın qələbə qazanması səbəbindən 41 milyard dollar itiriblər.

Bu barədə “Bloomberg” agentliyi araşdıma aparıb.

Məlumata görə, ən çox itirən Meksikanın varlı adamı Karlos Slim-Eludur. Onun var-dövləti 9,2 faiz, yaxud 5,1 milyard dollar azalıb. Digər meksikalı 10 varlı adamın varidatına 6,5 milyard dollar ziyan dəyib. Həmçinin, Meksika varlıları sırasında 4-cü yerdə olan Yeva Qonda Rivera adlı iş adamı 487 milyon dollar itirib.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR