Əbülfəs Qarayev: “Xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”

Əbülfəs Qarayev: “Xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”
15:12 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ “Bundan sonra da xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”.
“Report”un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə səfərdə olan “Əlcəzirə” telekanalının Türkiyə təmsilçiliyinə müsahibəsində deyib.
"Bu il ərzində, xüsusilə də ərəb ölkələrindən olan turistlərin Azərbaycana səfərləri bir neçə dəfə artıb” - deyən nazirbunun səbəbi kimi ərəb ölkələrindən olan turistlərin ölkəmizə səfərlərinin artması bir tərəfdən viza sistemin sadələşdirilməsidirsə, digər tərəfdən də Azərbaycan xalqının yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqələndirib.
O, müsahibəsində Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlardan da danışıb. Nazir bildirib ki, ölkədə turizm sənayesinin inkişafı prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Son illər bu sahədə həyata keçirilən yeniliklərdən danışan nazir viza sisteminin sadələşdirilməsi, bir sıra ölkələrin vətəndaşları üçün isə birbaşa hava limanlarımızda vizaların verildiyini vurğulayıb. Ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu, vizaların rahat şəkildə əldə olunması xarici turistlərin ildən-ilə artmasına səbəb olur”.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/xarici-turistlerin-azerbaycanda-rahat-ve-menali-istiraheti-ucun-butun-vacib-addimlar-atilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR