Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb

Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb
15:12 10 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətinin Derik rayonunun icra hakimiyyəti binasında törədilən partlayış nəticəsində icra başçısı da daxil olmaqla 3 nəfər yaralanıb.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, hadisə terrorçu PKK qruplaşmasının icra hakimiyyəti binasını raketlə atəşə tutması nəticəsində baş verib.
İcra başçısı Məhəmməd Fatih Safitürk Diyarbəkirdəki Dicle Universitetinin xəstəxanasına yerləşdirilib.
İnformasiyaya əsasən, əvvəlki icra başçısı terrorçuluğu dəstəklədiyi üçün işdən azad ediləndən sonra onun yerinə Məhəmməd Fatih Safitürk təyin olnub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-partlayis-olub-icra-bascisi-ve-daha-iki-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR