“Akkord”un işçisini avtomobil vurub

“Akkord”un işçisini avtomobil vurub
15:12 10 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 38 yaşlı kişi işdən evə gedərkən onu avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Pirşağı qəsəbəsində baş verib.
Yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Ağacanov Elxan Kərəm oğlunu avtomobil vurub. Sürücü ərazidən qaçıb.
Ağır xəsarət alan E.Ağacanov "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, E.Ağacanov Pirşağı qəsəbəsində "Akkord" şirkətlər qrupuna məxsus müəssisədə işləyib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/akkord-un-iscisini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR