Lavrov: "Rusiya ABŞ-la münasibətlərin normallaşacağına inanır"

Lavrov: "Rusiya ABŞ-la münasibətlərin normallaşacağına inanır"
15:17 10 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva ümid edir ki, ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra iki ölkə arasında münasibətlər normallaşmağa doğru inkişaf edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir ABŞ-ın yeni prezidenti ilə çalışmağa hazır olduqlarını bəyan edib: "Hesab edirik ki, hazırda elə də yaxşı mərhələdə olmayan Rusiya-ABŞ münasibətləri düzələcək. Bu, hər iki xalqın, eləcə də dünya ictimaiyyətinin maraqlarına cavab verir".

Xatırladaq ki, noyabrin 8-də ABŞ-da keçirilmiş seçkilərdə Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR