“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında daha bir quyu təmirdən sonra istismara verilib
15:37 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Səngəçal dəniz-Duvannı dəniz-Xərə-Zirə adası” yatağındakı 676 saylı estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4 434-4 382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sengecal-duvanni-xere-zire-yataginda-daha-bir-quyu-temirden-sonra-istismara-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR