Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.