Bakıda kirayə mənzil bazarında QİYMƏTLƏR

Bakıda kirayə mənzil bazarında QİYMƏTLƏR
15:47 10 Noyabr 2016
180 Ölkə
Ölkə mətbuatı
A- A+

ACT Azərbaycan 11-14 sentyabr tarixlərində Bakı şəhərində sorğu keçirib.

Milli.Az bildirir ki, sorğunun nəticələrinə əsasən, Bakı əhalisinin 86%-i öz şəxsi mənzilində yaşayır. Sorğuda iştirak etmiş respondentlərin 8 %-i isə kirayədə yaşadığını bildirib. Dost-tanış evində sığınacaq tapanlar sorğuda 3% təşkil edib. Eyni faiz göstəricisi ipoteka yolu ilə mənzil sahibi olanlara da aiddir. 

Kirayə mənzildə yaşayan respondentlərin 59%-i aylıq, əsasən, 200-400 AZN ödəniş edir. 31% respondentin kirayə haqqı üçün ayırdığı vəsait 200 AZN-ə qədərdir. 400-600 AZN arası kirayə haqqı ödəyənlər sorğuda 2% təşkil edib. 

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR