"Ronaldonun Ronaldinyonu geridə qoyacağını düşünürdük"

"Ronaldonun Ronaldinyonu geridə qoyacağını düşünürdük"
15:57 10 Noyabr 2016
143 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in eks müdafiəçisi Rio Ferdinand Ronaldonun yeni "Nike" butslarının təqdimatında iştirak edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ferdinand 2003-cü ildə Ronaldonu "Sportinq"də gördüyü hazırlıq matçını xatırlayıb.

"Həmin vaxt mən dincəlirdim. Ehtiyat oyunçular skamyasından bizim müdafiəçiləri nə vəziyyətə qoyduğuna baxırdım. Fasilədə Con O`Şidən nə baş verdiyini soruşdum. Mənə dedi: "Meydana çıx və ona qarşı özün oyna". Vəziyyəti tam alnadım. Aleks Ferqyussona dedim ki, Ronaldonu ələ keçirmək lazımdır. O zamanlar Ronaldinyonu transfer edə bilməmişdik, əhvalımız pozulmuşdu. Amma Ronaldonu görəndə düşündük ki, bu futbolçu Ronaldinyonu geridə qoyacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR