Bakıda restoranda tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda restoranda tanışını bıçaqlayan şəxsə hökm oxunub
16:02 10 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Baxşıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Baxşıyev restoranda dava zamanı tanışını bıçaqla vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. R.Baxşıyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR