Trampın “müsəlman manevri”: yazı saytdan silindi

Trampın “müsəlman manevri”: yazı saytdan silindi
16:08 10 Noyabr 2016
789 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gələn respublikaçı milyarder Donald Tramp “müsəlman manevri” edib.

Publika.az xəbər verir ki, Trampın müsəlmanların ABŞ-a girişinə mane olacağına dair bəyanatı seçki gününün axşamı şəxsi saytından silinib.

Tramp həmin bəyanatı 2015-ci ilin noyabrında Parisdə təşkil edilən terror aktından sonra vermişdi. O, bildirmişdi ki, həqiqət tam olaraq ortaya çıxana kimi bütün müsəlmanların ölkəyə girişinə mane törədilməlidir.

Bundan sonra da Tramp və onun dəstəkçiləri müsəlmanların ölkəyə girişinə qadağa qoyulması fikrini davamlı olaraq müdafiə ediblər. Onların fikrincə, bu addım Amerikanın təhlükəsizliyi üçündür və dini ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Trampın “müsəlmanların ölkəyə girişinin qadağan edilməsi”ni dəstəkləyən çıxışı seçki günü axşam saatlarına qədər saytda idi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR