Öldüyünü dediyi ərini televiziyada gördü - video

Öldüyünü dediyi ərini televiziyada gördü - video
16:11 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İstanbuldakı bir xəstəxanada müalicə olunan və ailəsi tərəfindən öldüyü zənn edilə Mehmet Kaya adlı şəxs sevənlərinə qovuşub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Müge Anlının aparıcılıq etdiyi proqramın mxbirləri xəstəxanaya gedərək reportaj hazırlayıblar. Xəstəxana rəhbərliyi psixi problemləri olduğu üçün kimliyini xatırlamayan şəxsin ailəsinin tapılması üçün telviziyaya müraciət edib.

7 gündür xəstəxanada yatan şəxsin fotosu efirdə yayımlanıb. Fotonu görən Fatma adlı qadın proqrama zəng edərək "O, mənim ərimdir. Bir ildir itib, elə bilirdik, ölüb" deyib.

Təcili studiyaya gələnq adın göz yaşlarına hakim ola bilməyib:

"Hər yerdə axtardıq, tapa bilmədik. Tapılmayınca da öldüyünü fikirləşdik. Arxasından dua oxuduq. Öldüyündən əmin idik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR