Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb
16:17 10 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, noyabrın 9-dan Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü başlayıb. 
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş çərçivəsində noyabrın 10-da Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Gürcüstanın Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Medea Betaşvili və tibb taborunun komandiri tibb xidməti mayoru David Çabadze ilə görüşüb.
İşçi görüşdə Hərbi Tibb Xidmətləri üzrə birgə fəaliyyətlər planının hazırlanması ilə bağlı müzakirələr, eləcə də təcrübə və fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalını ziyarət edərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olublar. Bundan əlavə, onlar Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini də ziyarət ediblər.
Tədbir noyabrın 11-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-ve-gurcustan-herbi-tibb-mutexessislerinin-isci-gorusu-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR