Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib

Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib
16:17 10 Noyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakının Xətai rayonunda Xocalı qurbanlarının xatirəcinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
“Report”un xəbərinə görə, onlar abidənin önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, noyabrın 8-də erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan da “Ana harayı” abidəsini ziyarət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/daha-iki-ermeni-ictimai-xadim-xocali-abidesini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR