Elçin Əzizov Bakıda bütün sirlərini açacaq

Elçin Əzizov Bakıda bütün sirlərini açacaq
16:27 10 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar artisti Elçin Əzizovun son uğurlu çıxışlarından biri Rusiyanın Böyük Teatrının səhnəsində Cakomo Puççininin "Manon Lesko" operasının premyerasında oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, premyerada dünya operasının ulduzları Anna Netrebko və digər Azərbaycanın tanınmış opera müğənnisi Yusif Eyvazov da iştirak ediblər.

E.Əzizov noyabrın 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. O, bəstəkar Jorj Bizenin "Karmen" operasında Eskamilyo partiyasını ifa edəcək.

Qeyd edək ki, noyabrın 11-də saat 12:00-da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində E.Əzizovun mətbuat konfransı keçiriləcək. O, jurnalistlərlə görüşündə Moskvada Böyük Teatrdakı yaradıcılıq fəaliyyəti, uğurlu qastrolları, gələcək planları barəsində ətraflı məlumat verəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR