Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
16:37 10 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zemfira Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Qasımova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Qasımova vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını dələduzluq yolu ilə əkə keçirməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR