Binəqədidə uçqun

Binəqədidə uçqun
16:53 10 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda uçqun baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun verdiyi məlumata görə, uçqun prosesi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında qeydə alınıb.

Onun sözlərinə görə, yaxınlıqdakı fərdi yaşayış evindən 2 metr aralıda, təxminən 7-8 metr məsafədə kəsilmiş maili yamacda uçqun olub.

“Uçqunun baş vermə səbəbi atmosfer yağıntılarıdır. Uçqunun hündürlüyü 3,5 - 4 metrdir” – deyə R. Həsənov qeyd edib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR