Ər arvadını yandırdı - AĞDAMDA

Ər arvadını yandırdı - AĞDAMDA
16:54 10 Noyabr 2016
137 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda ər arvadını yandırıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.

 

Ağdam Rayon Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.

 

K. Vəliyevanın müəllim olduğu bildirilir.

  

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR